AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb
# 15 iyun 2016 08:10 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda Bakıya gəlib.

APA-nın xəbərinə görə, səfərdə əsas məqsəd iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində keçiriləcək təkrar parlament seçkilərini müşahidə etməkdir. Bundan başqa, həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü yerinə yetirməsi istiqamətində araşdırmalar aparacaq, görüşlər keçirəcəklər.

Xatırladaq ki, AŞPA-nın 5 müşahidəçisi təkrar seçkiləri izləmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Missiyanın rəhbəri Yordi Çukla təyin edilib. Y. Çukla 1 noyabr 2015-ci il Milli Məclisə keçirilən seçkilərdə də AŞPA müşahidə missiyasının rəhbəri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR