Baş Qərargah: Cizre, Silopi və Surda 610 PKK terrorçusu məhv edilib

Baş Qərargah: Cizre, Silopi və Surda 610 PKK terrorçusu məhv edilib
# 20 yanvar 2016 12:48 (UTC +04:00)

Bakı Cavid Zeynallı – APA. Yanvarın 19-da Türkiyənin Cizre bölgəsində PKK silahlılarına qarşı aparılan əməliyyatda 12 terrorçu zərərsizləşdirilib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd olunub ki, Cizredə indiyədək aparılan əməliyyatlarda öldürülən terrorçuların sayı 364-ə çatıb.

Dünən Silopi bölgəsində aparılan əməliyyatlarda isə 4 terrorçu zərərsizləşdirilib, ödürülən təşkilat mənsublarının ümumi sayı 140-a çatıb.

Diyarbəkirin Sur rayonunda 106 silahlının zərərsizləşdirildiyi bildirilir.

Baş Qərargahdan bildirilib ki, sözügedən üç bölgədə indiyədək 610 PKK üzvü məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR