DİN: Azərbaycan insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlıdır - FOTO - VİDEO

DİN: Azərbaycan insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlıdır - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 noyabr 2015 07:26 (UTC +04:00)

Azərbaycanın AŞ-ın “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasını yerinə yetirməsi mövzusunda tədbir keçirilib

Bakı. Şəhriyar Əlizadə - APA. Avropa Şurası (AŞ) və Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) təşkilatçılığı ilə Azərbaycanın AŞ-ın “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasını yerinə yetirməsi mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə insan alverinə qarşı mübarizə üzrə səlahiyyətli 21 dövlət qurumundan 36 və vətəndaş cəmiyyətindən 4 nümayəndə iştirak edib.

Tədbirdə çıxış edən DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayev deyib ki, Azərbaycan insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlıdır: "Demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycan 10 ildən artıqdır ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirir".

Tədbirdə çıxış edən Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə Missiyasının rəhbəri İta Mirinaşvili deyib ki, bu görüşün keçirilməsində əsas məqsəd Avropa Şurasının Azərbaycan hökumətinə dəstəyini bildirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR