Azərbaycan dələduzluqda təqsirləndirilən daha bir nəfəri İnterpol xətti ilə axtarışa verib - FOTO

Azərbaycan dələduzluqda təqsirləndirilən daha bir nəfəri İnterpol xətti ilə axtarışa verib - <span style="color: red;">FOTO
# 05 oktyabr 2015 08:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən daha bir nəfəri beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 40 yaşlı Elşad Seyidov külli miqdarda dələduzluq əməlində ittiham olunur. E. Seyidov Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Hazırda E. Seyidovun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR