Neftçala sakinindən 1,6 kq narkotik vasitə götürülüb

Neftçala sakinindən 1,6 kq narkotik vasitə götürülüb
# 14 yanvar 2016 11:41 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Neftçala rayon sakinindən narkotik vasitə götürülüb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Neftçala rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Tanrıverdiyevin evinə baxış zamanı orada 1,660 kiloqram marixuana aşkar edilib.

E.Tanrıverdiyev saxlanılıb.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR