İraqda silsilə partlayış nəticəsində 15 nəfər ölüb, 46 nəfər yaralanıb - YENİLƏNİB

İraqda silsilə partlayış nəticəsində 15 nəfər ölüb, 46 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 15 may 2016 23:30 (UTC +04:00)

Bakı-APA. Bu gün İraqda törədilmiş bir neçə partlayış nəticəsində azı 15 nəfər ölüb, 46 nəfər yaralanıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, dörd partlayış Bağdadın müxətlif bölgələrində törədilib.

Bundan əlavə Bağdaddan 30 km aralıda yerləşən Əl-Latifiya şəhərində minalanmış avtomobil partladılıb. Nəticədə 7 nəfər ölüb, 18 nəfər yaralanıb. Ölənlərdən ikisinin hərbçi olduğu bildirilir.

***

21:49

Bakı-APA. İraqın paytaxtında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Bağdadın cənubunda qeydə alınıb.

Məlumata əsasən, əsgərlərin olduğu hərbi konvoy ərazidən keçdiyi zaman minalanmış avtomobil partladılıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR