"CDB Bank" müştərilərinə təmassız kartlar təqdim edir

"CDB Bank" müştərilərinə təmassız kartlar təqdim edir
# 05 noyabr 2015 10:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Caspian Development Bank" ASC ("CDB Bank") yeniliklərə imza atmağa davam edir.

Bankdan "APA-Economics"ə verilən xəbərə görə, bu dəfə bank "VISA PayWave" təmassız (contactless) ödəniş kartlarını müştərilərinə təqdim edir.

Bu kartlar fiziki (“VISA Electron”, “VISA Classic”, “VISA Gold”, “VISA Platinum”, “VISA Infinite”) və hüquqi şəxslər (“VISA Business”) üçün nəzərdə tutulub.

Kartların üstünlüyü ondan ibarətdir ki, artıq kart istifadəçisi təmassız ödəniş zamanı PIN-kod daxil etmədən, kartı terminala yaxınlaşdırmaqla əməliyyat aparmaq imkanı əldə edəcək. Kart istifadəçisi bununla həm vaxtına qənaət etmiş olacaq, həm kartdan istifadə asanlaşacaq, həm də kartın güvənliyini daha da yüksəltmiş olacaq.

Digər üstünlük ondan ibarətdir ki, istifadəçi üzərinizdə nağd vəsait gəzdirmir, kart vasitəsilə nağdsız ödənişlər aparır və eləcə də istənilən vaxt nağd vəsait əldə etmək imkanına sahib olur. Kredit xətli kartlara isə bank tərəfindən 30 gün güzəştli müddət verilir.

Ödəniş kartlarını müştərilər banka gəlmədən sifariş edə bilərlər ki, bu da bankın təqdim etdiyi yeniliklərdən biridir. Online sifariş üçün bankın internet səhifəsinə (www.cdbbank.az) daxil olub, “Onlayn kart sifarişi” bölümünə keçid etmək kifayətdir.

Bundan əlavə, "CDB Bank" müştərilərinə online kredit xidməti də təklif edir. Müştəri istədiyi krediti əldə etməsi üçün bankın internet səhifəsində “Online kredit sifarişi” bölümünə daxil olması kifayətdir. Açılan cədvələ kredit götürmək istəyən şəxs öz şəxsi məlumatlarını daxil edib sifarişi təsdiqləyir. Bunun üçün sadə anket formasını doldurmaq, şəxsi məlumatı qeyd etmək və şəxsiyyət vəsiqəsinin skan versiyasını əlavə etmək lazımdır. Ərizə doldurulduqdan sonra sizinlə bankın əməkdaşı əlaqə saxlayaraq kredit kartını əldə edib-etməyəcəyiniz haqda, həmçinin verilən kreditin məbləğini və kartı nə zaman əldə edə biləcəyinizi bildirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR