MDB-nin seçkiləri müşahidə missiyasının üzvləri Gəncədə olublar

MDB-nin seçkiləri müşahidə missiyasının üzvləri Gəncədə olublar
# 18 oktyabr 2015 17:57 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidə missiyasının bir qrup üzvü bu gün Gəncəyə gəlib.

APA-nın qərb bürosunun məlumatına görə, onlar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər.

Görüşdə E. Vəliyev şəhərdə seçkilərə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib.

Müşahidə missiyasının üzvləri Andrey Baranov, Dmitri Qladey və Stanislav Tkaçenko çıxış edərək bildiriblər ki, səfərdə məqsəd parlament seçkilərinə hazırlığın vəziyyətini öyrənməkdir. Qrup üzvləri Gəncədə dairə seçki komissiyalarında, həmçinin seçki məntəqələrində olacaqlarını bildiriblər.

MDB PA-nın müşahidəçiləri hər dairədə mandat uğrunda 7-8 namizədin yarışmasını çox müsbət hal kimi qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR