Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində 10 pillə geriləyib

Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində 10 pillə geriləyib
# 05 noyabr 2015 10:09 (UTC +04:00)

Bakı – APA. Bu gün FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması siyahıda 10 pillə geriləyib.

Hazırda yığmamız planetin 115-ci komandasıdı. Ötən ay 328 xalla 105-ci yerdə olan seçməmizin 10 addım geriləməsinə səbəb AVRO-2016-nın seçmə oyunlarında İtaliyaya evdə (1:3), Bolqarıstana səfərdə (0:2) uduzmasıdı. Nəticədə yığmamızın xal hesabı 293-ə düşüb.

Bundan istifadə edən Niger, Aruba, Gürcüstan, Kuba, Botsvana, Burundi, Zimbabve, Kipr, Sent-Kitts Nevis, Mərkəzi Afrika Respublikası və Mavritaniya yığmamızı arxada qoyub. Amma daha böyük geriləməsi olan bəzi komandalar daha aşağı yuvarlanması millimizin enişinin 10-u keçməməyi ilə nəticələnib.

Millimiz və “qonşuları”

110 (126). Mərkəzi Afrika Respublikası - 302

111 (110). Gürcüstan - 301

112 (115). Aruba - 299

113 (105). Liviya - 297

114 (108). Efiopiya - 294

115 (105). AZƏRBAYCAN – 293

115 (123). Bəhreyn - 293

117 (118). Beliz - 292

118 (127). Madaqaskar - 290

118 (126). Namibiya - 290

120 (129). KXDR - 288

İlk “onluq”

1 (3). Belçika – 1440
2 (2). Almaniya – 1388
3 (1). Argentina – 1383

4 (4). Portuqaliya – 1364

5 (9). Çili – 1288

6 (6). İspaniya - 1287
7 (5). Kolumbiya – 1233

8 (7). Braziliya – 1208

9 (10). İngiltərə - 1179

10 (11). Avstriya - 1130

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

2 (2). Almaniya – 1388

17 (15). Çexiya - 974

29 (35). Şimali İrlandiya - 797

46 (34). Norveç - 637
196 (196). San-Marino - 35


Qeyd edək ki, qonşu Türkiyə yığması 941 xalla 19 pillə irəliləyərək, 18-ci yerə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR