Bakıda yaşayış evində yanğın olub, xəsarət alan var

Bakıda yaşayış evində yanğın olub, xəsarət alan var
# 08 yanvar 2016 10:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evi yanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi S.Orucov küçəsində yaşayan Aynurə Kərimovaya məxsus mənzildə yanğın qeydə alınıb. Nəticədə evin yanar konstruksiyaları 6 kvm. sahədə yanıb, yanıq xəsarəti alan A.Kərimova xəstəxanaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR