Nepalda eyni yerdə iki gündə 2 təyyarə qəzası baş verib

Nepalda eyni yerdə iki gündə 2 təyyarə qəzası baş verib
# 26 fevral 2016 11:18 (UTC +04:00)

Bakı-APA. Nepal dağlarında son 2 gündə ikinci sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 11 nəfər olub. Hökumət nümayəndəsi Padamla Lamiçanın sözlərinə görə, qəza nəticəsində azı 1 nəfər ölüb. Təyyarə “Kasthamandap Airlines” şirkətinə məxsus olub. Eniş etməzdən əvvəl hava nəqliyyat vasitəsində texniki nasazlıqlar yaranıb. Heyət dağlardakı düz bir yerə eniş etmək qərarına gəlib, lakin pilot manevr edə bilməyib və təyyarə qəzaya uğrayıb. Qəza baş verən ərazinin çox çətin bir mövqedə yerləşdiyi deyilir. Hazırda hadisə yerinə polis və xilasedicilər yollanıb.

Xatırladaq ki, fevralın 24-də Nepalın mərkəzi hissəsində daha bir sərnişin təyyarəsi qəzaya uğrayıb. Göyərtədə olan 23 nəfərin hamısı həlak olub. İlkin məlumata əsasən, hadisə kəskin duman səbəbindən təyyarənin dağdakı qaya parçasına çırpılması nəticəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR