Maya Lomidze: “Rusiyanın turizm şirkətləri 2016-cı ildə çökə bilər”

Maya Lomidze: “Rusiyanın turizm şirkətləri 2016-cı ildə çökə bilər”
# 27 noyabr 2015 12:50 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya ilə Türkiyə arasında olan böhran Rusiyanın turizm şirkətlərinə yüz milyonlarla zərər verə bilər”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Turoperatorlar Assosiasiyasının icraçı direktoru Maya Lomidze bildirib.

M. Lomidze qeyd edib ki, iki ölkə arasında yaşanan gərginliyin böhrana çevriləcəyi təqdirdə, Rusiyanın turizm şirkətləri böyük zərər görəcək. Qiymətlərin və uçuşların yanvar-mart aylarında müəyyən edildiyini söyləyən M. Lomidze bildirib ki, həmin vaxtadək iki ölkə arasında əlaqələr normallaşmasa, Türkiyəyə səyahət etməmək çağırışı geri götürülməzsə, turizm sektorunun böyük itkiləri olacaq: "Rusiyalı turistlərin 45 faizi Türkiyə və Misirə gedənlərdir. Bu rəqəm bu il 60 faiz ola bilər. Əgər qiymətlər müəyyən edilməsə, önümüzdəki ildə turizm çökəcək. Bu vəziyyətdə Rusiya turizm şirkətlərinin zərəri yüz milyonları aşar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR