Çin 2030-cu ilədək inkişafda olan ölkələrə 12 mlrd dollar ayıracaq

Çin 2030-cu ilədək inkişafda olan ölkələrə 12 mlrd dollar ayıracaq
# 27 sentyabr 2015 00:45 (UTC +04:00)

Bakı-APA. Çinin sədri Si Tsinpin inkişafda olan ölkələrə yardım fondunun yaradılacağını bildirib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, fonda ilkin olaraq 2 mlrd dollar yatırılacaq.

“Çin zəif inkişafı olan ölkələrə investisiyaları artıracaq və 2030-cu ilədək inkişafda olan ölkələr üçün artıq 12 mlrd dollar ayırmaq niyyətindədir”, deyə Si Tsinpin BMT-də dayanıqlı inkişafa dair sammitdə çıxışı zamanı bildirib.

O əlavə edib ki, Çin həmçinin dənizə çıxışı olmayan və kiçik ada dövlətlərinə də yardım edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR