"Aqrarkredit": Beynəlxalq Bankın 3,5 mlrd. manata yaxın toksik aktivləri təmizlənib

"Aqrarkredit": Beynəlxalq Bankın 3,5 mlrd. manata yaxın toksik aktivləri təmizlənib
# 28 aprel 2016 12:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin martın 31-ə olan məlumata əsasən, Azərbaycan Beynəlxalq Bankının 3 mlrd. 459 mln. manat həcmində toksik aktivləri təmizlənib.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat “Aqrarkredit” səhmdar kredit təşkilatının (SKT) hesabatında deyilir.

Hesabata əsasən, cari ilin aprelin 1-ə dövlət bankından qəbul olunmuş aktivlər və təhvil-təslim üzrə tələblər 3 mlrd. 458,908 mln. manat təşkil edib.

Yeri gəlmişkən, bu ilin aprelin 1-ə "Aqrarkredit" 3 mlrd. 496,353 manatlıq borc qiymətli kağızları (istiqrazlar) buraxıb.

Xatırladaq ki, bundan öncə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı açıqlamada qeyd olunub ki, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının 3 mlrd. manat həcmində toksik aktivləri təmizlənib. Toksik aktivlərin balansdan çıxarılması nəticəsində riskli aktivlərin həcmi də azalıb. Manatın devalvasiyasına baxmayaraq yuxarıda qeyd edilənlər bankın adekvatlıq əmsalının 12% civarında qorunub saxlanmasına imkan verib. Agentliyin analitikləri qeyd edir ki, toksik aktivlərin təmizlənməsinə baxmayaraq bankın hələ də 3 mlrd. manatdan çox problemli aktivləri var. Bununla yanaşı, 2016-cı ildə baş tutması gözlənilən 500 mln. manatlıq kapital artımı ilə yanaşı, əlavə olaraq problemli aktivlər də balansdan çıxarılmalıdır ki, bankın ödəmə qabiliyyətini tam olaraq bərpa etmək mümkün olsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR