Bakı polisi qardaşını öldürən şəxsi tutub

Bakı polisi qardaşını öldürən şəxsi tutub
# 26 dekabr 2015 11:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Ailə-məişət münaqişəsi zəminində qardaşının ölümünə səbəb olmuş paytaxt sakini Elxan Həbibov tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 25-də Nərimanov rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Həbibov ailə-məişət münaqişəsi zəminində qardaşı, əvvəllər məhkum olunmuş Əbülfətə bıçaqla xəsarət yetirib. Əbülfət xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Həbibov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR