İş adamını öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən radikal qrup üzvlərinin məhkəməsi davam etdirilib

İş adamını öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən radikal qrup üzvlərinin məhkəməsi davam etdirilib
# 29 fevral 2016 09:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda 4 polis əməkdaşı ifadə verib. Onlar axtarış aparan zaman təqsirləndirilən şəxslərin evlərindən çox sayda dini kitablar, odlu silah aşkarladıqlarını deyiblər.

Məhkəmə prosesi martın 7-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama əsasən, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini olan iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar külli miqdarda pul və qızıl- zinət əşyalarını ələ keçirmək məqsədilə Vahid Vahabovun evinə basqın ediblər, odlu silahla onu öldürüblər, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin daha bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR