Zakir Qaralov: ““Günəşli” platformasında baş verən qəza ilə bağlı cinayət işi üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir”

Zakir Qaralov: ““Günəşli” platformasında baş verən qəza ilə bağlı cinayət işi üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir”
# 05 fevral 2016 15:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. “Günəşli” neft-qaz platformasında baş vermiş qəza ilə bağlı başlanmış cinayət işi üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında baş prokuror Zakir Qaralov bildirib.

O qeyd edib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı yüksək peşəkarlıqla aparılıb, o cümlədən “Günəşli” neft-qaz platformasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı, Binəqədi rayonu ərazisində yaşayış binasındakı yanğınla əlaqədar, habelə Qəbələ rayonu ərazisində özünü radikal dini cərəyanın əmiri elan etmiş Nurəddin Xəlilovun rəhbərliyi ilə 17 nəfərdən ibarət silahlı bandanın çoxsaylı cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə intensiv istintaq hərəkətləri həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR