Azərbaycanda dollar noyabr ayının maksimumunu təkrarlayıb

Azərbaycanda dollar noyabr ayının maksimumunu təkrarlayıb
# 26 noyabr 2015 06:41 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 26-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 25-i ilə müqayisədə 0,0002 manat və ya 0,2% artaraq 1,0511 manat olub.

Qeyd edək ki, dolların məzənnəsi bu həddə ay ərzində artıq bir dəfə çatmışdı. Belə ki, noyabr ayının 23-də 1,0511 manat səviyyəsinə qalxan dollar bu gün aylıq maksimumu təkrarlayıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0034 manat və ya 0,3% azalaraq 1,1164 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0161 manat səviyyəsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR