Bakıda Portuqaliya rəssamlarının sərgisi keçiriləcək

Bakıda Portuqaliya rəssamlarının sərgisi keçiriləcək
# 20 aprel 2016 11:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova -APA. Bakıda Portuqaliya rəssamlarının “I wanna be adored” adlı sərgisi keçiriləcək.

Portuqaliyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgi aprelin 22-dən etibarən fəaliyyətə başlayacaq və iki həftə ərzində nümayiş etdiriləcək.

Bildirilib ki, Müasir İncəsənət Muzeyindəki bu sərgi Portuqaliya dövlətinin Azərbaycandakı ilk müstəqil mədəni təşəbbüsüdür.

Qeyd edək ki, sərginin adı “I wanna be adored” ingilis musiqi qrupu “Stone Roses”in 1989-cu ildə işıq üzü görən mahnısının sözlərindən götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR