Azərbaycanda ipoteka kreditləri üzrə orta faiz dərəcəsi və aylıq ödənişi azalıb

Azərbaycanda ipoteka kreditləri üzrə orta faiz dərəcəsi və aylıq ödənişi azalıb
# 02 noyabr 2015 09:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin oktyabr ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 77,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,78% və ya 1,4 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, avqust ayı ilə müqayisədə sentyabrda Fondun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 5,4 mln. manat və ya 7,52% artıb.

Sentyabr ayında dövlət büdcəsindən AİF-ə 4 mln. manat həcmində vəsait ayrılıb.

Bu ilin yanvar-sentyabr aylarında AİF 75,1 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Sentyabrda fondun 5 mln. manat həcmində istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il oktyabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 736,7 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,71%, aylıq ödəniş isə 297 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 031,4 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,82%, aylıq ödəniş isə 318,8 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR