Baş prokurorun birinci müavini MDB-nin Müşahidə Missiyasının qərargah rəhbəri ilə görüşüb

Baş prokurorun birinci müavini MDB-nin Müşahidə Missiyasının qərargah rəhbəri ilə görüşüb
# 29 oktyabr 2015 15:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş prokurorun birinci müavini Rüstəm Usubov Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının qərargah rəhbəri Yevgeni Sloboda ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seçkilərin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədilə görülən işlərdən danışan R. Usubov seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı danışıb.

Y. Sloboda Azərbaycandca olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq seçkilərin normal keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, ötən illərlə müqayisədə dairə seçki komissiyalarının üzvlərinin peşəkarlıqlarının daha da artdığının şahidi olduğunu, bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR