İlin əvvəlindən xarici mənbələrdən Azərbaycanda əsas kapitala 4,5 mlrd. manat yönəldilib

İlin əvvəlindən xarici mənbələrdən Azərbaycanda əsas kapitala 4,5 mlrd. manat yönəldilib
# 17 sentyabr 2015 10:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 mlrd. 473,6 mln. manat vəsait

yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 381,7 mln. manat və ya 44,69% çoxdur.

Komitənin sosial-iqtisadi inkişaf bülleteninə nəzər salanda məlum olur ki, yanvarda xaricə mənbələrdən 423,3 mln, fevralda 387,7 mln, martda 653,4 mln, apreldə 582,7 mln, mayda 578,2 mln, iyunda 592,5 mln, iyulda 656,7 mln. manat, avqustda 599,1 mln. manat vəsait yönəldilib.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 mlrd. 809 mln. manatı (85,1%-i) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya və İsveç sərmayədarlarına məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR