DSMF sədrinin Şirvanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib

DSMF sədrinin Şirvanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib
# 16 oktyabr 2015 07:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin oktyabrın 20-də Şirvan şəhərində keçirəcəyi qəbulun vaxtı xidməti zərurətlə əlaqədar oktyabrın 22-nə dəyişdirilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, fondun sədri 22 oktyabr saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər şöbəsinin inzibati binasında Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Şirvan şəhər şöbəsində (02121) 5-10-22

Hacıqabul rayon şöbəsində (02120) 4-41-31

Salyan rayon şöbəsində (02125) 4-50-61-

Neftçala rayon şöbəsində (02126) 3-34-00

Biləsuvar rayon şöbəsində (02529) 5-00-74

Cəlilabad rayon şöbəsində (02524) 5-50-81

Qəbulda iştirak edəcək vətəndaşların oktyabrın 22-də fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR