Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Yevlaxda vətəndaşlarla görüşəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Yevlaxda vətəndaşlarla görüşəcək
# 04 avqust 2016 12:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Yevlax şəhərində vətəndaşlarla görüş keçirəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, qəbul avqustun 5-də saat 11:00-da Yevlax Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Qəbulda Mingəçevir, Goranboy, Naftalan, Yevlax, Ağdaş rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların TQDK-nın saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə müraciət etmələri xahiş olunur. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Mingəçevir, Goranboy, Naftalan, Yevlax, Ağdaş rayon təhsil şöbələrinə müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR