Zaxarova: “Rusiya Əsəd rejiminin səhvlərini ört-basdır etməyə çalışmır”

Zaxarova: “Rusiya Əsəd rejiminin səhvlərini ört-basdır etməyə çalışmır”
# 10 fevral 2016 12:40 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Biz heç vaxt Suriyadakı siyasi sistemi ideallaşdırmamışıq. Biz müntəzəm olaraq rəsmi Dəməşqi insan hüquqları, demokratik prinsiplərə riayət olunması sahəsində və digər bir çox istiqamətlərdə tənqid etmişik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. O bildirib ki, Rusiya XİN dəfələrlə Suriyada demokratik islahatların vaxtının yetişdiyini bəyan edib: “Biz Əsəd rejiminin səhvlərini ört-basdır etməyə çalışmırıq. Biz Suriyadakı rejimi dəstəkləməklə məşğul deyilik. Hesab edirik ki, Suriyadakı daxili vəziyyət suriyalıların özlərinin məsələsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR