Siyəzən və Şabranda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri fərdi yaşayış evləri ilə təmin edilib

Siyəzən və Şabranda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri fərdi yaşayış evləri ilə təmin edilib
# 29 yanvar 2016 10:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təmin olunması istiqamətində 3 ədəd Siyəzən, 5 ədəd Şabran rayonunda olmaqla, daha 8 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirlinin müavini İlqar Rəhimov bildirib ki, ötən il nazirlik tərəfindən 12 rayonda fərdi yaşayış evləri, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir edilmiş mənzillər, habelə Tərtər rayonunda 54 mənzilli yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.

Ümumilikdə ötən il nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələrinə 281 mənzil verilib, habelə dövlət başçısının iştirakı ilə Nərimanov rayonunda 132 mənzilli yeni yaşayış binası gözdən əlillərə təqdim olunub. Bu sahədə tədbirlər qarşıdakı dövrdə də uğurla davam etdiriləcək.

Əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri çıxışlarında Azərbaycan prezidenti tərəfindən son günlərdə sosial müavinət və təqaüdlərin, əmək haqlarının artırılması, ünvanlı dövlət sosial yardımı üçün əlavə vəsaitin ayrılması barədə fərman və sərəncamların imzalanmasını əhalinin sosial müdafiəsinə prezident qayğısının növbəti əməli təsdiqi kimi dəyərləndiriblər. Bildirilib ki, mövcud iqtisadi şəraitdə ölkəmizdə aparılan islahatlar eyni zamanda sosial siyasət kursunun daim güclənməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərlə müşahidə olunur.

Daha sonra tədbirlərin iştirakçıları yeni yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR