"Goldman Sachs": Neft hasilatı səviyyəsinin dondurulması qiymətlərə ciddi təsir etməyəcək

"Goldman Sachs": Neft hasilatı səviyyəsinin dondurulması qiymətlərə ciddi təsir etməyəcək
# 17 fevral 2016 08:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. ABŞ-ın "Goldman Sachs" bankının proqnozlarına görə 15 ildə ilk dəfə OPEC və digər ölkələrin neft hasilatı səviyyəsinin dondurulması ilə bağlı əldə etdiyi razılıq "qara qızıl"ın qiymətlərinə ciddi təsir etməyəcək.

"APA-Economics" xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuelanın birgə qərarına baxmayaraq, hələ də bazarda yüksək səviyyədə qeyri-müəyyənlik müşahidə olunur.

"Goldman Sachs"ın analitikləri hesab edir ki, verilən qərarın effektiv olması İran və İraqın neft hasilatından asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR