ABŞ-ın dövlət borcu 19 trilyon dolları ötüb

ABŞ-ın dövlət borcu 19 trilyon dolları ötüb
# 03 fevral 2016 10:09 (UTC +04:00)

Bakı - APA-Economics. ABŞ federal hakimiyyətinin borcu rəsmi olaraq 19 trilyon dollar həddini ötüb. "APA-Economics" xəbər verir ki, bu barədə "The Washington Times" nəşri yazır.

Nəşr yazır ki, bu rəqəm ümumi daxili məhsulun təxminən 103%-ni təşkil edir.

Ümumi məbləğin 13,7 trilyon dolları birbaşa olaraq şirkətlərin və fərdi şəxslərin saxladığı ictimai borcdur. Daha 5,3 trilyon dollar isə hökumətin Federal Ehtiyatlar Sistemi qarşısında olan daxili borcudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR