Azərbaycanda kreditlərin sığortasından daxilolmalar 25 min manata çatır

Azərbaycanda kreditlərin sığortasından daxilolmalar 25 min manata çatır
# 13 iyul 2018 12:19 (UTC +04:00)

Azərbaycanda kreditlərin sığortasına maraq artıb.

APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun ayları ərzində kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 26 min manat olub. Bu, may ayındakı göstəricidən 6100 manat və ya 30,65% çoxdur.

Bir il əvvəl ilə müqayisə etsək, ölkədə kreditlərin sığortası üzrə daxilolmalar 100% artıb.

Bu ilin 6 ayında kreditlərin sığortası üzrə ödəniş aparılmayıb. Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında kreditlərin sığortası üzrə ödənişlər 4134 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR