Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs yaralanıb

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs yaralanıb
# 27 fevral 2019 06:21 (UTC +04:00)

Xəzər rayonunda qısqanclıq zəminində ər keçmiş arvadını bıçaqlayıb.

ONA-nın verdiyi məlumata görə, hadisə Binə qəsəbəsində baş verib.

1978-ci il təvəllüdlü İsayeva Rəna Əmirxan qızı yaşadığı evdə keçmiş əri ilə mübahisə edib. Əri qısqanclıq zəminində ona bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya göndərilib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

Nurlan Əli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR