Marneulidə körpü uçub

Marneulidə körpü uçub
# 02 fevral 2017 11:51 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneulidə 7 kəndi birləşdirən piyada keçid körpüsü uçub.

Yerli sakinlərin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, körpünü sakinlər Xram çayı üzərində öz hesablarına tikdiriblər. Hazırda piyada keçid körpüsü təhlükəli vəziyyətdədir. Körpünün bərpası üçün maliyyə vəsaiti çatışmır.

Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev APA-ya körpünün bərpası üçün büdcədən vəsait ayrılacağını vurğulayıb. Onun sözlərinə görə, körpü yaxın günlərdə bərpa olunacaq.

Qeyd edək ki, keçid körpüsünün uçması ətraf kəndlərə gediş-gəlişi çətinləşdirib. Körpü uçduqdan sonra sakinlər qonşu kəndlərə getmək üçün 25-30 kilometr yol qət edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR