Daxili işlər naziri Ramil Usubov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentini qəbul edib

Daxili işlər naziri Ramil Usubov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentini qəbul edib
# 14 may 2015 14:01 (UTC +04:00)

Bakı – APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 14-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellini qəbul edib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və bu müddətdə ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla inkişaf etdiyini, xüsusən BP şirkətinin Azərbaycanın neft strategiyasının həyata keçirilməsində rolunu, “Əsrin müqaviləsi”nin əsas iştirakçılarından və ən böyük payçılarından biri kimi ölkə iqtisadiyyatına külli miqdarda sərmayə qoymasını, şirkətin müəssisələrində yüzlərlə azərbaycanlının işləməsini məmnunluqla xatırladıb, tutduğu məsul vəzifədə ona uğurlar arzulayıb.

Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırladan R. Usubov bu məqsədlə asayişi mühafizə tədbirlərinə daxili işlər orqanlarının 24 mindən çox əməkdaşının cəlb olunduğunu nəzərə çatdırıb və sözügedən oyunların da əvvəlki beynəlxalq tədbirlər kimi yüksək təhlükəsizlik, əmin-amanlıq şəraitində keçiriləcəyinə əminliyini ifadə edib.

Q. Birrelli Azərbaycana birinci dəfə müstəqilliyin ilk illərində səfər etdiyini söyləyib və Heydər Əliyevlə görüşünü məmnunluqla xatırladıb. O, regiona növbəti gəlişində Azərbaycanın, onun paytaxtı Bakının sürətli inkişafının, sabitliyin, əmin-amanlığın yüksək səviyyədə qorunmasının, təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsinin şahidi olduğunu, BP şirkətinin Daxili İşlər Nazirliyi ilə işgüzar əməkdaşlığının daha da dərinləşməsinə hər zaman önəm verdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR