Tiflisdə IV Beynəlxalq Rəqs Festivalı keçirilir

Tiflisdə IV Beynəlxalq Rəqs Festivalı keçirilir
# 01 aprel 2017 00:01 (UTC +04:00)

Martın 31-də Tiflisdə Xoreoqrafiya Assosiasiyasının təşkilatçılığı və Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi nazirliyinin dəstəyi ilə IV Beynəlxalq Rəqs Festivalı başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan mədəniyyət nazirliyindən bildirilib.

“Festival ənənəvi olaraq hər il keçirilir. Festivalı keçirməkdə əsas məqsəd Xalq Tədbiqi yaradıcılığı və onun irsi şəkildə qorunmasıdır”, məlumatda deyilir. Tədbirə Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və Gürcüstanın peşəkar rəqqasları qatılıb.

Məlumata görə, festival iştirakçıları ictimaiyyət qarşısında çıxışlar edəcək, öz təcrübələrini həmkarları ilə bölüşəcək, yerli və xarici xoreoqraflar ilə bilik mübadiləsi aparacaqlar.

Festival aprelin 2-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR