Arzu Rəhimov Zaqatalada qəbul keçirib - FOTO

Arzu Rəhimov Zaqatalada qəbul keçirib - <span style="color: red;">FOTO
# 30 iyul 2015 09:38 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Zaqatalada qəbul keçirib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəbulda Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından 40 nəfər iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə qəbul və ya həqiqi hərbi xidmətlə bağlı olub. Qəbul çərçivəsində hərbi xidmətə gedəcək gənclərin xidmət ərazilərini öncədən öyrənmək, çağırışçının yenidən tibbi müayinəyə cəlbi kimi müraciətlər də dinlənilib.


Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR