Günəş tutulması baş verəcək

Günəş tutulması baş verəcək
# 03 iyul 2018 15:26 (UTC +04:00)

Bu ay Günəş tutulması (qismən tutulma) baş verəcək.

Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya deyib ki, 13 iyulda baş verəcək Günəş tutulması (qismən tutulma) Antarktidanın şimalını, Sakit və Hind okeanları qovşağını əhatə edəcək.

X. Mikayılovun sözlərinə görə, tutulma Bakı vaxtı ilə saat 05:48:23-də başlayıb, saat 07:01:05-də maksimumda olacaq və saat 08:13:44-də sona çatacaq.

O qeyd edib ki, Günəş tutulmasını Azərbaycandan izləmək mümkün olmayacaq.

Qeyd edək ki, 2018-ci ildə ilk Günəş tutulması (qismən tutulma) 15 fevralda baş verib. İkinci tutulma iyulun 13-də, üçüncü tutulma isə 11 avqustda baş verəcək. Həmin tutulmalardan ikisi cənub, biri isə şimal yarımkürəsinə düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR