Maruniç: "TANAP-la "Türk axını"nı müqayisə etməyə dəyməz"

Maruniç: "TANAP-la "Türk axını"nı müqayisə etməyə dəyməz"
# 12 oktyabr 2016 10:35 (UTC +04:00)

Bakı - APA-Economics. Ukrayna "Türk axını" layihəsinin reallaşdırılmasından 30 mlrd. kubmetr qaz itirə bilər. "APA-Economics" xəbər verir ki, bunu Ukraynanın Enerji Strategiyaları Fondunun həmsədri Dmitri Maruniç "Paytaxtın səsi" radiostansiyasına müsahibəsində deyib.

"Biz Ukrayna üzərindən Türkiyəyə nəql olunan 15 mlrd. kubmetri və Avropanın cənubunda yerləşən İtaliya, Bolqarıstan, Yunanıstan kimi ölkələrə nəql olunan 15 mlrd. kubmetri itirəcəyik. "Şimal axını" layihəsinin reallaşdırılması fonunda söhbət çox ciddi itkidən gedir. Başqa sözlə, Ukraynanın neft-qaz sistemi təhlükə ilə üz-üzədir", - deyə o bildirib.

D. Maruniç əlavə edib ki, TANAP və "Türk axını" layihələrinin ötürücülük qabiliyyətini nəzərə alaraq onları müqayisə etməyə dəyməz: "TANAP vasitəsilə təxminən 17 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulub ki, bunun 7 mlrd. kubmetri Türkiyə, qalanı isə Avropa İttifaqı ölkələri üçün nəzərdə tutulub. "Türk axını" layihəsinin təkcə bir qolunun ötürücülük qabiliyyəti TANAP-ın məcmu ötürücülük qabiliyyətindən 2 dəfə çoxdur. Mən bu layihələri müqayisə etmək istəməzdim".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR