Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə heyətinin üzvləri Azərbaycan prezidentinə başsağlığı veriblər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə heyətinin üzvləri Azərbaycan prezidentinə başsağlığı veriblər
# 21 may 2015 14:11 (UTC +04:00)

APA-nın məlumatına görə, onların dövlət başçısına ünvanladığı məktubda deyilir:

“Zati-aliləri, Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi barədə xəbər bizi son dərəcə sarsıtdı. Sizin kədərinizi bölüşür və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri adından sizə, həlak olanların ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”.

Məktubu Mərkəzin həmsədrləri - Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, habelə İdarə heyətinin üzvləri Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku, Serbiyanın sabiq prezidenti Boris Tadiç və Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR