Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək

Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək
# 13 oktyabr 2016 10:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İrəvanda ArmHiTec-2016 sərgisində Rusiyanın “Rostex və “Qosoboroneksport” dövlət şirkətlərinin nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov deyib.

O bildirib ki, İrəvanda keçirilən sərgidə Rusiya hərbi texnikasının ən yaxşı nümunələri nümayiş olunacaq: “Bu sərgilər Rusiyanın müasir silahlarının ən yaxşı nümunələrini nümayiş etdirmək, xarici tərəfdaşlarımızın siyahısını genişləndirmək, Rusiyanın Ermənistan və digər ölkələrlə hərbi-texniki əməkdaşlığını gücləndirmək baxımından yaxşı imkandır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR