Səhiyyə Nazirliyi aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS bildirişlər göndərir

Səhiyyə Nazirliyi aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS bildirişlər göndərir
# 07 avqust 2015 07:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində Tarif Şurasının 30 iyul 2015-ci il tarixli qərarı ilə sentyabrın 15-dən başlayaraq, qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib.

Məlumatda deyilir ki, bildirişlərdə aptek rəhbərlərinə www.pharma.az və www.medportal.az saytlarında yerləşdirilmiş qiymətləri tənzimlənmiş 256 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərini, reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır: “Aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçmiş bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır”.

Qeyd olunub ki, SMS məlumatlandırma kampaniyasının ikinci mərhələsi olaraq əhalinin məlumatlandırılmasına başlanacaq: “Kampaniya çərçivəsində vətəndaşlara qeyd olunan saytlarda 24 saat işləyən növbətçi apteklərin siyahısı (adlarını, ünvanlarını və əlaqə telefonlarını) və digər faydalı məlumatlar veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR