"AzRe" ötən ili mənfəətlə başa vurub

"AzRe" ötən ili mənfəətlə başa vurub
# 01 aprel 2017 08:50 (UTC +04:00)

"AzRe Təkrarsığorta” ASC ötən il aktivlərini artırıb. "APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, "AzRe Təkrarsığorta"nın məcmu aktivləri 2015-ci illə müqayisədə 4,95% artaraq 103 mln. 580,866 min manat olub.


Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 30 mln. 155,790 min manat, qısamüddətli aktivləri 73 mln. 425,076 min manat təşkil edib.


İl ərzində şirkətin cəmi öhdəlikləri 3,59% azalaraq 28 mln. 132,473 min manat olub. 2016-cı ildə şirkətin uzunmüddətli öhdəlikləri 28 mln. 48,950 min manat, qısamüddətli öhdəlikləri isə 83,523 min manat təşkil edib.


Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı 25% artaraq 50 mln. manat, cəmi kapitalı isə 8,54% artaraq 75 mln. 448 min 392 manat təşkil edib.

2016-cı ildə "AzRFe"nın cəmi gəlirləri 67 mln. 421 min manat, cəmi xərcləri 47 mln. 236 min manat olub.

Şirkət ötən ili 15 mln. 505 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR