Reuters: Trampı və Klintonu dəstəkləyənlər arasında fərq 5 faizədək azalıb

Reuters: Trampı və Klintonu dəstəkləyənlər arasında fərq 5 faizədək azalıb
# 31 oktyabr 2016 23:13 (UTC +04:00)

Respublikaçı Donald Tramp demokrat Hillari Klintondan cəmi 5 faiz geri qalır.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45 faizini, Tramp isə 40 faizini toplaya bilər.

26-30 oktyabr tarixlərində keçirilən analoji sorğu zamanı namizədlər arasındakı fərq 6 faiz təşkil edirdi.

Güman edilir ki, Federal Təhqiqatlar Bürosu Hillari Klinton barəsində bir müddət əvvəl yekunlaşan “elektron poçt” işi üzrə istintaqı bərpa etməsi sorğunun nəticələrinə təsir edib.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR