2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 1 mlrd. 243,6 mln. manat vəsait daxil olub, büdcədən 924,9 mln. manat vəsait xərclənib.
"APA-Economics" Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən xəbər verir ki, büdcənin icrasında 318,7 mln. manatlıq profisit yaranıb ki, bu da ümumi daxili məhsulun 6,1 faizi səviyyəsində olub.