Macarıstanda "1915-1918-ci illərdə Anadolu və Cənubi Qafqazda erməni məsələsi" adlı konfrans keçirilib - FOTO

Macarıstanda "1915-1918-ci illərdə Anadolu və Cənubi Qafqazda erməni məsələsi" adlı konfrans keçirilib - <span style="color: red;">FOTO
# 15 aprel 2015 14:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycan və Türkiyənin Macarıstandakı səfirliklərinin birgə təşəbbüsü ilə "Gizlin həqiqətlər: 1915-1918-ci illərdə Anadolu və Cənubi Qafqazda erməni məsələsi" adlı konfrans keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, macar ictimaiyyətini dünya miqyasında 100 illiyi geniş təbliğ olunan saxta erməni soyqırımı haqqında obyektiv məlumatlandırmaq məqsədi ilə keçirilən tədbir Budapeşt şəhərindəki Yunis İmrə Türk Mədəniyyəti İnstitutunda təşkil olunub.

Konfransa moderatorluq edən Macarıstan parlamentinin deputatı Tamaş Hegedüş indiyə qədər bir sıra ölkələrdə "erməni soyqırımı" məsələsinin birtərəfli şəkildə, daha çox erməni mövqeyindən araşdırıldığını bildirərək fərqli baxışın aşkara çıxarılmasının və dünya miqyasında geniş yayılmasının zəruriliyini vurğulayıb.

Türkiyənin Macarıstandakı səfiri Şakir Fakılı, Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyev konfrans iştirakçılarına müraciətlə iki qardaş ölkədə bu gün də gündəmdən düşməyən "erməni məsələsinin" həqiqi mahiyyəti və törətdiyi fəsadlar haqqında danışıblar.

Ankaradakı Bilkənt Universtetinin professoru Ceremi Mill Saltın məruzəsində Daşnaksütyun partiyasının rəhbərliyi altında erməni silahlı birləşmələrinin Anadoluda, Azərbaycan MEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovanın məruzəsində isə Azərbaycanda törətdikləri soyqırımı aktları barəsində fakt və slaydların köməyi ilə geniş məlumat verilib. Azərbaycanlı məruzəçi daşnakların bolşevikərlə əməkdaşlığı şəraitində 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda ermənilər tərəfindən milli zəmində törədilən dəhşətli cinayətlərdən bəhs edib. Məruzəçilər konfrans iştirakçılarının suallarını da cavablandırıblar.

Konfrans çərçivəsində Budapeştdəki Azərbaycan səfirliyinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycandakı erməni terrorunun faciəli səhifələri haqqında çap etdiyi kitab və broşürların sərgisi də təşkil olunub.

Konfransın işində Macarıstan Parlamentinin keçmiş sədri Katalin Haza, millət vəkilləri, müxtəlif ölkələrin Budapeştdə akkreditə olunan diplomatları, alimlər, jurnalistlər, türk və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR