Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə rəis müavini təyin olunub

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə rəis müavini təyin olunub
# 21 avqust 2015 14:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə rəis müavini təyin olunub.

Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir Ziya Məmmədovun 21 avqust 2015-ci il tarixli əmri ilə bu vəzifə İbrahim Əliyevə həvalə olunub.

Qeyd edək ki, bundan öncə İbrahim Əliyev Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində baş direktorun müavini - texniki direktor vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR