Azərbaycan Gürcüstana yatırılan birbaşa xarici sərmayələrin həcminə görə liderliyini qoruyub

Azərbaycan Gürcüstana yatırılan birbaşa xarici sərmayələrin həcminə görə liderliyini qoruyub
# 09 sentyabr 2015 11:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Gürcüstan Milli Statistika Bürosu Bu ilin II rübündə ölkəyə yatırılan birbaşa xarici investisiyaların həcmini açıqlayıb.

APA-Economics” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu ilin I yarısında Gürcüstana 355 mln. ABŞ dolları həcmində xarici investisiya cəlb olunub. Bu, ötən ilin müvafiq dövründəkindən 81% çoxdur.

Əsas investor ölkələr arasında Gürcüstana birbaşa xarici sərmayənin həcminə görə Azərbaycan liderdir. Belə ki, qonşu ölkəyə yatırılan birbaşa xaric sərmayənin 45%-i Azərbaycanın payına düşüb. Başqa sözlə, bu ilin iyulun 1-nə Azərbaycan Gürcüstana 159,75 mln. ABŞ dolları həcmində investisiya yatırıb.

Birbaşa xarici investisiyaların həcminə görə, siyahıda Azərbaycandan sonra ikinci yerdə 19%-lik payla Norveç, üçüncü yerdə 12%-lik payla Türkiyə dayanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR