Binəli Yıldırım Trampın sərhəddə divar tikmək qərarını tənqid edib

Binəli Yıldırım Trampın sərhəddə divar tikmək qərarını tənqid edib
# 29 yanvar 2017 01:52 (UTC +04:00)

Qaçqınların yolunda divarların ucaldılması problemin həlli yolu deyil. APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım, ABŞ prezidenti Donald Trampın qaçqınların qəbulunun dayandırılmasına dair fərmanını şərh edərkən deyib.

“Siz divar tikəcəksiniz, lakin bu problemin həlli yolu deyil. Divarlar nə vaxtsa uçur. Berlin divarı da illər boyu durdu, lakin bir günə dağıdıldı, çünki dəyişikliklərə tab gətirmək mümkün deyil. Bu dəyişiklikləri anlamaq lazımdır. Regional məsələləri zibil kimi palazın altına süpürüb gizlətməklə həll etmək olmaz. Üzü onlara tərəf çevirmək lazımdır, nə qədər ki, bu problemlər daha da böyüməyib”, - deyə Yıldırım bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR