İctimai Komitənin nümayəndələri 4 saylı Cəzaçəkmə Müəssisəsində tədbir keçirilib

İctimai Komitənin nümayəndələri 4 saylı Cəzaçəkmə Müəssisəsində tədbir keçirilib
# 05 avqust 2014 16:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin nümayəndələri Əliməmməd Nuriyev və Əhməd Abbasbəylinin iştirakı ilə 4 saylı cəzaçəkmə müəssisəsində həbs müddəti başa çatmaqda olan 50 nəfərə yaxın məhkumla geniş görüş keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, azadlığa çıxmaq ərəfəsində olan məhkumlara qanunvericiliyə əsasən malik olduqları hüquqları izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reablitasiyası proqramı” çərçivəsində “Rezonans” İctimai Birliyi tərəfindən hazırlanan nəşrlər məhkumlara təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR