İran Milli Neft Şirkəti: 2015-ci ildə neftin 1 barelinin qiyməti 70 dollara qədər enəcək

İran Milli Neft Şirkəti: 2015-ci ildə neftin 1 barelinin qiyməti 70 dollara qədər enəcək
# 28 oktyabr 2014 08:14 (UTC +04:00)

Bakı – APA-Economics. Yaxın perspektivdə İran neft hasilatını sutkada 4,3 mln. barelə qədər artırmaq niyyətindədir.

APA-Economics” İranın “İRNA” agentliyinə istinadən xəbər verir ki, bunu bu ölkənin neft nazirinin müavini Mənsur Moazzami bildirib.

Nazir müavini qeyd edib ki, İran dünya bazarlarındakı neftin qiymətinin qeyri-stabilliyi ilə mübarizə üçün “müxtəlif ssenarilərə hazırlayıb”.

“Biz ölkəmizi neftin qiyməti 1 barelə görə 5 dollar olanda da idarə etmişik, 140 dollar olanda da. 2015-ci il üçün ölkə büdcəsini tərtib edərkən hökumət neftin 1 barelinə görə 90-100 dollar həcmində qiymət diapazonuna ümid etmirdi. Biz mümkün problemlərdən qaçmaq üçün məsləyə daha real yaxınlaşdıq. İndiyədək İran büdcə defisiti ilə üzləşməyib”, - deyə o bildirib.

Nazir müavinindən fərqli olaraq, İran Milli Neft Şirkətinin ekspertlər qrupunun proqnozlarına görə, 2015-ci ildə neftin 1 barelinin qiyməti 70 dollar təşkil edəcək. “Büdcə tərtib edilərkən məhz bu rəqəm götürülməli idi”, - hesabatda qeyd olunub.

İran Milli Neft Şirkətinin baş direktorunun müavini Möhsün Qəmsari qeyd edib ki, “qarşıdan gələn ayda neftin qiymətinin artımı gözlənilmir”.

Xatırladaq ki, OPEC-in məlumatına görə, sentyabr ayında İranda sutkalıq hasilat 2,675 mln. barel təşkil edib.

Bununla yanaşı, İran neft emalını hazırkı sutkalıq 1,8 mln. bareldən 3 mln. barelə qədər artırmaq niyyətindədir. İran mütəxəssislərinin hesablamalarına görə, bu ölkənin neft ehtiyatları 60 ilə bəs edər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR