Azərbaycan xarici işlər naziri nikaraqualı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri nikaraqualı həmkarı ilə görüşüb
# 26 sentyabr 2014 12:37 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Nikaraqua xarici işlər naziri Samuel Santos Lopezlə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq imkanları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Söhbət əsnasında həmçinin qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR