Bakıda qəzada qadın sürücü ölüb, biri jurnalist olmaqla 3 nəfər xəsarət alıb - YENİLƏNİB-2 - FOTOSESSİYA - VİDEO

Bakıda qəzada qadın sürücü ölüb, biri jurnalist olmaqla  3 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB-2  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 16 oktyabr 2014 22:40 (UTC +04:00)

Bunlar 1983-cü il təvəllüdlü Cəbrayılov Nahid Şahbaz oğlu, 1968-ci il təvəllüdlü Əliyeva Solmaz Valeh qızı (hər ikisi "Lifan"ın sərnişinidir) və JEEP-in sürücüsü, 1981-ci il təvəllüdlü Kərimov Rəşad Ağateyyub oğludur.

****

01.27

Bakı. Mahir Məmmədli-APA. Bakıdakı ağır yol qəzasında dünyasını dəyişən qadının və xəsarət alanlardan birinin adı məlum olub. APA-nın məlumatına görə, həlak olan "Lifan" markalı avtomobilin sürücüsü, Qarabağ əlili, 1975-ci il təvəllüdlü Sevil Abbasovadır. Ona əlillər üçün nəzərdə tutulan avtomobil iki ay əvvəl bağışlanıbmış.

Həmin avtomobildəki iki sərnişin də xəsarət alıb. Onlardan biri axar.az saytının əməkdaşı Nahid Cəbrayıldır. O, yazıçı-publisist Pərviz Cəbrayılın qardaşıdır. Xəsarət alan N. Cəbrayıl Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya "JEEP" markalı avtomobilin sürücüsünün ötmə qaydalarını pozması səbəb olub.

****

00.27

Bakı-APA. Bakıda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidinin APA-ya verdiyi xəbərə görə, Binəqədi rayonu ərazisində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında “Jeep” markalı və “NazLifan” markalı avtomobillər toqquşub. Qüclü zərbədən aşan “Jeep” markalı avtomobildə yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım cəlb olunub. “Jeep” markalı avtomobildə başlayan yanğın tez bir zamanda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məlumata görə, qəza nəticəsində “NazLifan” markalı avtomobildə olan qadın sərnişin hadisə yerində ölüb. Xilasedicilər xüsusi avadanlıqlar vasitəsi ilə qadının cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR